Bankçılıq
155

“Kapital Bank” kartlarının müddətini uzatdı

“Kapital Bank” kartlarının müddətini uzatdı

Məlumat verdiyimiz kimi, “Kapital Bank” ASC koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu dəfə Bank, təhsil, sosial müavinət, ünvanlı sosial yardım və əmək pensiyasıalanlara qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

Belə ki, istifadə müddəti başa çatan aktiv müştərilərin ödəniş kartlarının müddəti daha bir neçə aylıq uzadılır. Təhsil və tələbə kartları 30 avqust, sosial müavinət kartları 30 sentyabr, ünvanlı sosial yardım kartları 31 oktyabr, əmək, pensiya kartları isə 30 noyabr 2020-ci il tarixinə qədər uzadılır. Bununla da, həmin kateqoriyaya daxil olan müştərilərin filiallara gəlməsinə ehtiyac qalmır.

Hazırda “Kapital Bank”ın dövriyyədə 3 milyondan artıq ödəniş kartı var. Bu kartlarla onlayn ödənişlər etmək, ATM-lərdə pul nağdlaşdırmaq, həmçinin müxtəlif alış-veriş mərkəzlərində, klinikalarda, apteklərdə, yanacaqdoldurma məntəqələrində və digər yerlərdə nağdsız ödənişlər etmək mümkündür. “Kapital Bank”ın ölkə üzrə 800-ə qədər bankomatı, 10 000-ə qədər POS terminalı var.

Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan “Kapital Bank”, 102 filialı və 16 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər