Bankçılıq
149

“S&P” “Muğan Bank”ın kredit reytinqini endirib

“S&P” “Muğan Bank”ın kredit reytinqini endirib

“Standard & Poor's” (S&P) beynəlxalq reytinq agentliyi “Muğan Bank” ASC-nin kredit reytinqini “B-/B" səviyyəsindən "CCC+/C" səviyyəsinə endirib.

“Renkinq” xəbər verir ki, bu barədə agentliyin açıqlamasında bildirilir.

Reytinq üzrə proqnoz “Mənfi”dir.

Xatırladaq ki, son vaxtlar “Muğan Bank”ın maliyyə göstəricilərinin pisləşməsi müşahidə edilir. Məsələn, bu ilin I rübündə Bankın aktivləri 8,3% azalaraq 605,7 milyon manata düşüb. Bu, əsasən Bankın öhdəliklərinin 9,5% azalaraq 519,5 milyon manata, o cümlədən depozit portfelinin 19% azalaraq 271,1 milyon manata düşməsi hesabına baş verib. 

Kredit təşkilatı ötən ili 8,3 milyon manat, bu ilin yanvar-mart aylarını isə 1,3 milyon manat zərərlə başa vurub.  

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər