Qeyri-bankçılıq
145

“Falcon Finance” BOKT-un zərəri 33% artıb

“Falcon Finance” BOKT-un zərəri 33% artıb

“Falcon Finance” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 52 min manat zərərlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 33% çoxdur.

Bu il yanvarın 1-nə “Falcon Finance”ın aktivləri 263 min manat olub ki, bu da illik müqayisədə 15,4% azdır. 2019-cu ildə BOKT-un kredit portfeli 100% kiçilib.

Hesabat dövründə “Falcon Finance”ın öhdəlikləri 90,9% azalaraq 1 min manata, balans kapitalı isə 13% azalaraq 262 min manata düşüb.

Bölmədən olan bütün xəbərlər