İnvestisiya
144

"Azərenerji"nin keçmiş prezidentinə yaxın şirkət səhmdarlarına dividend ödəyəcək

İyunun 29-u saat 15:00-da “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək.

“Renkinq” xəbər verir ki, yığıncaq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, 12 ünvanında yerləşən otelin konfrans zalında olacaq. 

Yığıncağın gündəliyinə səhmdar cəmiyyətinin 2019-cu ildəki fəaliyyəti üzrə İdarə Heyətinin və Maliyyə-Təftiş komissiyasının hesabatlarının təsdiq edilməsi, İdarə Heyətinin yeni tərkibinin seçilməsi, səhmdarlara dividend ödənilməsi və digər məsələlər daxildir.

Xatırladaq ki, “Bakı Yüksək Gərginlikli Elektrik Avadanlıqları” 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 761 308 manatdır. Səhmdar cəmiyyəti "Azərenerji" ASC-nin keçmiş prezidenti Etibar Pirverdiyevə yaxın şirkət sayılır. Onun səhmlərinin 98,5%-nə nəzarət edən Hikmət Xammədov keçmiş dövlət məmurunun qaynıdır. O həm də "Express Bank" ASC-nin 19,5%-lik səhmdarıdır.  

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər