Büdcə
136

Bakı Sağlamlıq Mərkəzinin zərəri 3% azalıb

Bakı Sağlamlıq Mərkəzinin zərəri 3% azalıb

Azərbaycanın aparıcı tibb müəssisəsi – Bakı Sağlamlıq Mərkəzi (BSM) 2019-cu ili 6,381 milyon manat zərərlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 3% azdır.

Ötən il BSM əvvəlki illə müqayisədə 6,8% az – 9,884 milyon manat əməliyyat gəliri əldə edib. Qurumun əməliyyatlarının maya dəyəri isə illik müqayisədə 53,4% az – 16,265 milyon manat təşkil edib.

Bu il yanvarın 1-nə BSM-in aktivləri 62,93 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 9,2% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 18% artaraq 175 min manata çatıb, balans kapitalı isə 9,2% azalaraq 62,754 milyon manata düşüb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər