Büdcə
141

İTV Vahid Mustafayevin şirkətindən avadanlıq alır

İTV Vahid Mustafayevin şirkətindən avadanlıq alır

İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) video və səs avadanlıqlarının satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub. 

"Renkinq" xəbər verir ki, tenderin qalibi "All Star" MMC-dir. 

Qalib şirkətə 159 457 manat ödəniləcək. 

Xatırladaq ki, "All Star" Vahid Mustafayevə məxsus "ANS Şirkətlər Qrupu" MMC-yə daxildir. Şirkət Bakı şəhəri, Yasamal rayonu, Nəriman Nərimanov prospekti, 5 (Nəriman Nərimanovun heykəlinin yanı) ünvanında dövlət qeydiyyatına alınıb. Bu ünvan isə adı çəkilən holdinqə məxsusdur. "All Star"ın nizamnamə kapitalı 55 900 manat, qanuni təmsilçisi Fəxri Namiq oğlu Mustafayevdir. 

Bölmədən olan bütün xəbərlər