Sığorta
144

“ASAN Xidmət" sığortaçı seçir

“ASAN Xidmət

Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") nəqliyyat vasitələrinin könüllü (KASKO) sığortası üçün açıq tender elan edib.

“Renkinq” xəbər verir ki, tenderdə iştirak haqqı 400 manatdır.

İddiaçılar ilkin sənədləri iyunun 15-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyunun 23-nə qədər “ASAN Xidmət"in inzibati binasına təqdim edə bilərlər. Əlaqələndirici şəxs qurumun məsləhətçisi Kamal Səfərovdur. Telefon: (012) 444 74 44 (daxili 24 53).

Təkliflərə iyunun 24-də, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq. 

Bölmədən olan bütün xəbərlər