Büdcə
78

“Bakı Kristal Zalı”nın xalis mənfəəti 4 dəfə artıb

“Bakı Kristal Zalı”nın xalis mənfəəti 4 dəfə artıb

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC 2019-cu ili 8 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 3,5 dəfə çoxdur.

Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 3,295 milyon manat (əvvəlki ilə nisbətən 30,5% az), xərcləri 3,285 milyon manat (30,7% az), o cümlədən kommersiya xərcləri 1,441 milyon manat (70,1% çox), inzibati xərcləri 1,845 milyon manat (52,6% az), əmək haqqı və sosial ayırmalar üzrə xərcləri 721 min manat (2,4% az), köhnəlmə və amortizasiya xərcləri 1,123 milyon manat (64,4% az), mənfəət vergisi ödəmələri isə 2 min manat (3,5 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 174,29 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə qurumun öhdəlikləri təxminən 38% artaraq 100 min manata çatıb, balans kapitalı isə cüzi azalaraq 174,19 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər