İnvestisiya
95

İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına investisiyaları artırıb

İcbari Sığorta Bürosu SOCAR istiqrazlarına investisiyaları artırıb

Bu il yanvarın 1-nə İcbari Sığorta Bürosunun (İSB) qiymətli kağızlara investisiyaları 13,583 milyon manat təşkil edib.

"Report" qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 26% çoxdur.

Yatırımların 8,522 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) istiqrazlarının payına düşür. Bu, 1 il əvvələ nisbətən 9,1% çoxdur. 2019-cu ildə İSB-nin Maliyyə Nazirliyinin istiqrazlarına investisiyaları isə 70,6% artaraq 5,061 milyon manata çatıb. 

Bölmədən olan bütün xəbərlər