Büdcə
79

"Azərişıq" yenidən zərərlə işləməyə başlayıb

"Azərişıq" ASC 2019-cu ili 54,863 milyon manat xalis zərərlə başa vurub. Halbuki, qurum 2018-ci ildən 12,919 milyon manat xalis mənfəətlə çıxmışdı.

"Renkinq" xəbər verir ki, ötən il "Azərişığ"ın elektrik enerjisinin satışından gəlirləri 1 232,441 milyon manat (əvvəlki ilə nisbətən 2,3% çox), satışının maya dəyəri 1 134,344 milyon manat (3,4% çox), paylama xərcləri 47,01 milyon manat (9,1% çox), inzibati xərcləri 62,116 milyon manat (21,6% çox), ticari debitor borcları üzrə dəyərsizləşmə zərəri 15,592 milyon manat (32,4% çox), sair xərcləri 6,717 milyon manat (49,3% az), sair gəlirləri 102 min manat (99,8% az), xalis maliyyə xərcləri 19,801 milyon manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 1,826 milyon manat (89,5% az) təşkil edib.

Bu il yanvarın 1-nə "Azərişığ"ın aktivləri 2 320,637 milyon manat olub ki, bu da illik müqayisədə 3,7% çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri təxminən 5% artaraq 0,7 milyon manata, balans kapitalı isə 3,1% artaraq 1 620,76 milyon manata çatıb.

Xatırladaq ki, "Azərişıq" 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 678,705 milyon manatdır. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər