Sığorta
108

İcbari Sığorta Bürosu ötən ili mənfəətlə başa vurub

İcbari Sığorta Bürosu ötən ili mənfəətlə başa vurub

İcbari Sığorta Bürosu (İSB) 2019-cu ili 4,72 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Büro 2018-ci ildən 3,067 milyon manat xalis zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il İSB-nin təqvim haqları üzrə gəlirləri 9,24 milyon manat (əvvəlki ilə nisbətən 17,1% çox), kompensasiya ödənişləri 608 min manat (5,6% az), kompensasiya ehtiyatlarındakı dəyişikliklərdən zərəri 1,145 milyon manat (71,05% az), xalis maliyyə gəlirləri 1,362 milyon manat (36,75% çox), xarici valyuta mübadiləsi üzrə zərəri 218 min manat (49,8% az), sair gəlirləri 476 min manat (təxminən 12 dəfə çox), müddətli depozitlərin dəyərsizləşməsi üzrə bərpadan gəlirləri 519 min manat (74,9% az), qeyri-maddi aktivlərin dəyərsizləşməsi üzrə zərəri 473 min manat (10,9% az), ümumi və inzibati xərcləri 3,252 milyon manat (27,3% çox), mənfəət vergisi ödəmələri isə 1,18 milyon manat (78,45% az) təşkil edib.

Bu il yanvarın 1-nə İSB-nin aktivləri 42,475 milyon manat olub ki, bu da illik müqayisədə 16,5% çoxdur. Hesabat dövründə Büronun öhdəlikləri 11,7% artaraq 12,316 milyon manata, balans kapitalı (xalis aktivləri) isə 18,55% artaraq 30,159 milyon manata çatıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər