Bankçılıq
135

Azərbaycanda 4 bağlanmış bankın əmanətçilərinə 62 milyon manata yaxın kompensasiya ödənilib

Azərbaycanda 4 bağlanmış bankın əmanətçilərinə 62 milyon manata yaxın kompensasiya ödənilib

Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu "AGBank", "Amrah Bank", "Atabank" və "NBC Bank" ASC-lərin əmanətçilərinə 1-17 iyun tarixlərində 61,6 milyon manat kompensasiya ödəyib.

“Renkinq” bu barədə Fonda istinadən xəbər verir.

Xatırladaq ki, kompensasiyalar nağdsız qaydada "Azərbaycan Beynəlxalq Bankı" və “Kapital Bank” ASC-nin adlı debet kartları, “Xəzri” sürətli pul köçürmə sistemi vasitəsilə ödənilir.

“Əmanətlərin sığoratalanması haqqında” qanuna əsasən əmanətçilərin ərizələri kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq 1 il ərzində qəbul edilir. 

Bölmədən olan bütün xəbərlər