Büdcə
120

MİDA 3 milyon manatlıq 2 tenderə yekun vurub

MİDA 3 milyon manatlıq 2 tenderə yekun vurub

Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus "MİDA" MMC Gəncə şəhərinin Azərbaycan Bayrağı küçəsindəki 6,23 hektar  ərazidə yaşayış kompleksinin tikintisi ilə əlaqədar sahəxarici və sahədaxili su təchizatı, təsərrüfat-məişət kanalizasiya şəbəkəsinin qurulması (1), eləcə də ərazinin şaquli planlaşdırılması, səkilər və yolların salınması, abadlıq və yaşıllaşdırma işlərinin görülməsi (2) ilə bağlı elan etdiyi 2 açıq tenderə yekun vurub. 

"Renkinq" xəbər verir ki, tenderlərin qalibləri müvafiq olaraq "İnşaat" İstehsalat-Tikinti Quraşdırma İnşa Müəssisəsi və "11 saylı İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi" MMC-dir. 

Qalib şirkətlərə müvafiq olaraq 1 117 750 manat və 1 588 247 manat, ümumilikdə 2 705 997 manat ödəniləcək. 

Bölmədən olan bütün xəbərlər