Bankçılıq
147

Məsafəli müsahibə ilə “Access Bank”a daha yaxın olun!

Məsafəli müsahibə ilə “Access Bank”a daha yaxın olun!

“Access Bank” QSC işə qəbulda yeni metodun tətbiqinə başlayıb. Belə ki, koronavirus (COVID-19) pandemiyası səbəbindən müsahibələrdə iştirak etməkdə çətinlik çəkən namizədlər “Access Bank”da intervyuya “Zoom” video platforması üzərindən qatıla bilirlər. “Access Bank”ın İnsan Resursları departamentinin komandası bu yolla həm namizədlərin evdə qalmaqla sağlamlığı qoruyur, həm də onların müsahibəyə ayırdığı vaxta qənaət edir.Son 2 ay ərzində 123 namizəd bu yolla “Access Bank”ın İnsan Resursları departamentində müsahibəyə qatılıb. Onlardan 22 nəfər müsahibəni uğurla keçərək, işə qəbul olunub.

“Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə lideri olaraq, 2002-ci ildən kiçik və orta bizneslərə xidmət göstərir. Bankın səhmdarları sırasında Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Beynəlxalq Maliyyə Korporasiyası kimi beynəlxalq təşkilat və qurumlar yer alır. Bankın 15-i Bakıda, 13-ü bölgələrdə olmaqla, 28 filialı fəaliyyət göstərir. Bankın xidmətləri haqqında məlumat əldə etmək üçün 151 əlaqə mərkəzinə zəng etmək, həmçinin www.accessbank.az saytına və yaxud bankın sosial media hesablarına daxil olmaq olar. 

Bölmədən olan bütün xəbərlər