Büdcə
100

Azərbaycanın xarici ticarət dövriyyəsi 23% azalıb

Azərbaycanın xarici ticarət dövriyyəsi 23% azalıb

Bu ilin yanvar-may aylarında Azərbaycan xarici ölkələrlə 11,137 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.

“Renkinq” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,9% azdır.

5 aylıq xarici ticarət dövriyyəsinin 6,972 milyard dolları ixracın, 4,165 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 19,1%, idxal isə 28,6% azalıb.

Son nəticədə xarici ticarətdə 2,807 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 0,9% çoxdur. 

Bölmədən olan bütün xəbərlər