Bankçılıq
266

Azərbaycanda 8 bankın balans kapitalı azalıb

Azərbaycanda 8 bankın balans kapitalı azalıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-nin bu il aprelin 1-nə balans kapitalı illik müqayisədə az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Express Bank", "Access Bank", "Premium Bank", Pakistan Milli Bankının Bakı filialı, "AGBank", "AFB Bank", "Yelo Bank" və İran Milli Bankının Bakı filialıdır.

Ən çox azalma İran bankında (40,3%), ən az azalma isə "Express Bank"da (0,2%) qeydə alınıb.

Qalan 20 bankın isə balans kapitalı artıb. Ən yüksək dinamika "Bank of Baku" (2,1 dəfə), ən aşağı dinamika isə "Yapı Kredi Bank Azərbaycan" (0,5%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər