Büdcə
101

Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,5 milyard dollar artırıb

Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,5 milyard dollar artırıb

Bu ilin I rübündə Azərbaycanın xalis maliyyə aktivlərinin artımı 1 526,7 milyon ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,7% çoxdur.

"Renkinq" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. 

Məlumata görə, xalis maliyyə aktivlərinin artımı xaricə yönəldilmiş birbaşa investisiyaların 336,6 milyon ABŞ dolları artması (1 il əvvələ nisbətən 58,8% az), portfel investisiyalarının 144,9 milyon ABŞ dolları azalması (1 il bundan əvvəl artım olub) və digər investisiyaların 1 335 milyon ABŞ dolları artması (37,5 dəfə çox) hesabına baş verib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər