Sığorta
112

Azərbaycanda həyat sığortası 28%, qeyri-həyat sığortası isə 12% artıb

Azərbaycanda həyat sığortası 28%, qeyri-həyat sığortası isə 12% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyat sığortası növlərinin hesabına 115,693 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 27,7% çoxdur.

Son 1 ildə qeyri-həyat sığortası növlərinin hesabına daxilolmalar isə 195,644 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 12% çoxdur.

Hesabat dövründə həyat sığortası növləri üzrə ödənişlər 2,3 dəfə artaraq 50,026 milyon manata, qeyri-həyat sığortası növləri üzrə ödənişlər isə 23,5% artaraq 55,539 milyon manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar-aprel aylarında həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının 43,2 manatı, qeyri-həyat sığortası bazarında toplanmış hər 100 manat sığorta haqqının isə 28,4 manatı müştərilərə geri ödənilib. Bu rəqəmlər 2019-cu ilin yanvar-aprel aylarında müvafiq olaraq 23,9 manat və 25,7 manat olub. 

Bölmədən olan bütün xəbərlər