Sığorta
103

Azərbaycanda könüllü sığorta 19%, icbari sığorta isə 14% artıb

Azərbaycanda könüllü sığorta 19%, icbari sığorta isə 14% artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda könüllü sığorta növlərinin hesabına 209,807 milyon manat sığorta haqqı toplanılıb.

“Renkinq” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 19,1% çoxdur.

Son 1 ildə icbari sığorta növləri hesabına daxilolmaların məbləği isə 14% artaraq 101,53 milyon manat olub.

Hesabat dövründə könüllü sığorta növləri isə ödənişlərin məbləği 80,282 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 85,2% çoxdur. İl ərzində icbari sığorta növləri üzrə ödənişlərin məbləği isə 8,5% artaraq 25,283 milyon manata çatıb.

Beləliklə, 2020-ci ilin yanvar-aprel aylarında könüllü sığorta bazarından toplanmış hər 100 manat sığorta haqqının 38,3 manatı qədər ödəniş edilib. Bu rəqəm 2019-cu ilin yanvar-aprel aylarında 24,6 manat olub. İl ərzində icbari sığorta bazarında hər 100 manat sığorta haqqına düşən ödənişin məbləği isə 26,2 manatdan 24,9 manata düşüb.  

Bölmədən olan bütün xəbərlər