Bankçılıq
202

Azərbaycanın bank sektoru auditdə əsasən "Baker Tilly"yə etibar edir

Azərbaycanın bank sektoru auditdə əsasən

Azərbaycanda fəaliyyət göstərən banklar audit yoxlamasını əsasən "Bakertilly" şirkətinə etibar edir. 

"Renkinq" xəbər verir ki, bu, aparılmış araşdırma nəticəsində məlum olub. 

Belə ki, sözügedən şirkət 26 bankdan 8-nin 2019-cu ildəki maliyyə-təsərrüfat fəaliyyətini audit edib. Bu, 2018-ci illə müqayisədə 2 vahid çoxdur. 

Müştərisi olan bankların sayına görə 2-ci yerdə "Ernst & Young" şirkəti qərarlaşıb. Bu şirkət ötən il üzrə 5 banka audit rəyi verib. Bu isə əvvəlki il üzrə göstəricidən 1 vahid azdır. 

KPMG isə 2019-cu il üzrə 4 bankla əməkdaşlıq edib. Bu isə 2018-ci ilə nisbətən 2 vahid azdır. 

Əvəzində "Grant Thornton" və "PwC" şirkətləri xidmət göstərdiyi bankların sayını müvafiq olaraq 2 vahid və 1 vahid artıraraq 3-ə çatdırıb. 

RSM və "Crowe" şirkətlərinin audit etdiyi bankların sayı isə dəyişməyərək 1 qalıb. 

"Best Audit" şirkətinin əməkdaşlıq etdiyi bankların sayı 2-dən 1-ə düşüb. 2018-ci il üzrə 1 banka xidmət göstərmiş NEXİA EA şirkəti isə 2019-cu il üzrə audit etməyə bank tapa bilməyib. 

Maraqlıdır ki, bankların tərəfdaş kimi seçdiyi audit şirkətlərinin arasında Böyük 4-lüyə daxil olan "Deloitte and Touche" şirkəti yoxdur. 4-lüyə aid qalan 3 audit şirkəti ("Ernst & Young", KPMG və "PwC") isə 2018-ci ildə 14 bankdan iş aldığı halda 2019-cu ildə bu rəqəm 12-yə düşüb. 

Ümumiyyətlə isə, 26 bankdan 6-sı audit şirkətini dəyişib. 

 

 

Bankın adı

Auditor şirkəti (2019-cu il)

Auditor şirkəti (2018-ci il)

1

Access Bank

PwC

Ernst & Young

2

AFB Bank

KPMG

KPMG

3

Azərbaycan Beynəlxalq Bankı

Ernst & Young

Ernst & Young

4

Azərbaycan Sənaye Bankı

Grant Thornton

RSM

5

Azər-Türk Bank

Ernst & Young

Ernst & Young

6

Bank Avrasiya

Baker Tilly

Baker Tilly

7

Bank BTB

KPMG

KPMG

8

Bank of Baku

Baker Tilly

KPMG

9

Bank Respublika

KPMG

KPMG

10

Bank VTB Azərbaycan

Ernst & Young

Ernst & Young

11

Express Bank

PwC

PwC

12

Günay Bank

RSM

Nexia EA

13

Xalq Bank

Crowe

Crowe

14

İran Milli Bankının Bakı filialı

Best Audit

Best Audit

15

Kapital Bank

Ernst & Young

Ernst & Young

16

Muğan Bank

Baker Tilly

Baker Tilly

17

Naxçıvan Bank

Baker Tilly

Baker Tilly

18

Pakistan Milli Bankının Bakı filialı

Grant Thornton

Best Audit

19

PAŞA Bank

Ernst & Young

Ernst & Young

20

Premium Bank

Grant Thornton

Grant Thornton

21

Rabitəbank

KPMG

KPMG

22

Turan Bank

Baker Tilly

Baker Tilly

23

Unibank

Baker Tilly

Baker Tilly

24

Yapı Kredi Bank Azərbaycan

PwC

PwC

25

Yelo Bank

Baker Tilly

KPMG

26

Ziraat Bank Azərbaycan

Baker Tilly

Baker Tilly

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər