Bankçılıq
118

“BirBank” ilə NFC ödənişlər et, 25 manat keşbek qazan!

“BirBank” ilə NFC ödənişlər et, 25 manat keşbek qazan!

“Kapital Bank” ASC-nin ölkədə ən məşhur “BirBank” mobil tətbiqində Bankın “Visa” kartları ilə ödəniş edərək, keşbek qazanmaq mümkün oldu. Bu aksiya “Kapital Bank”ın “Visa International” şirkəti ilə tərəfdaşlığı çərçivəsində təqdim olunub.

Şərtlərə görə, 10 avqust 2020-ci il tarixinədək hər biri minimum 5 manat olmaqla 10 ədəd təmassız ödəniş edən müştərilər 25 manat keşbek qazana biləcəklər. Kampaniya müddətində hər müştəri ay ərzində 1 dəfə kampaniyadan yararlanıb, qeyd olunan məbləği qazana bilər. Ödənişlər ay ərzində 1 dəfə, 10 iyul və 10 avqust tarixlərində həyata keçiriləcək.

“Android” istifadəçiləri “Kapital Bank”ın “BirBank” mobil əlavəsi vasitəsilə NFC ödənişlər üçün hər hansı bir “Kapital Bank”ın “Visa” kartını təyin edib, telefonu POS terminala yaxınlaşdırıb, ödəniş edə bilərlər.

Xatırladaq ki, ölkə üzrə ən məşhur olan “BirBank” tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və “Android” əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və yaxud 196 Məlumat Mərkəzi.

Bölmədən olan bütün xəbərlər