Bankçılıq
124

AYİB və "Bank Respublika" əməkdaşlığı genişləndirir

AYİB və

Ölkəmizdə biznesin inkişafına böyük dəstək verən "Bank Respublika" ASC Avropa İttifaqının "EU4Business" təşəbbüsü çərçivəsində maliyyələşdirdiyi, Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı”na qoşulub. AYİB-in Azərbaycanda beynəlxalq layihələrin həyata keçirilməsi məqsədilə əsas tərəfdaş kimi “Bank Respublika”nı seçməsini növbəti dəfə banka olan yüksək etimadın göstəricisi kimi qiymətləndirmək olar.

Sazişə əsasən "Bank Respublika", mikro, kiçik və orta sahibkarlıq subyektlərinin kreditləşdirilməsini daha da təkmilləşdirərək ən qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdıracaq. Bu məqsədlə nüfuzlu beynəlxalq konsaltinq şirkəti Banka texniki dəstək göstərəcək. "Bank Respublika" və AYİB arasındakı bu yeni əməkdaşlıq sahəsi, qurumun kiçik və orta biznes subyektlərinin kreditləşməsini dəstəkləmək üçün Banka verdiyi kredit xətlərinin, habelə Aİ-nın dəstəyi ilə Azərbaycanın bölgələrindəki fermer və kənd təsərrüfatı müəssisələrinə verilən kreditlərin uğurla reallaşdırılmasına əsaslanır.

Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq, əhaliyə mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytındafacebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər