Büdcə
122

Hesablama Palatası Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası Kollegiyasının növbəti iclası keçirilib.

“Renkinq” quruma istinadən xəbər verir ki, iclas video formatında baş tutub.

İclasda Dövlət Neft Fondunun 2019-cu il büdcəsinin icrası ilə bağlı illik hesabata verilmiş rəy müzakirə olunub. Kollegiya hesabatın layihəsini  məqbul hesab edərək Fondun Müşahidə Şurasına təqdim olunması üçün quruma göndərilməsinə qərar verib.

İclasda həmçinin 2020-ci ilin İş Planının icra vəziyyəti müzakirə edilib, pandemiya şəraitinin təsirləri qiymətləndirilib və cari ilin iş planına dəyişikliklər edilməsi ilə bağlı qərar qəbul olunub.

Bundan başqa, Kollegiya Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin (KİV) İnkişafına Dövlət Dəstəyi Fonduna büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə hesabatı müzakirə edib. Vəzifəli şəxslərin dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl etməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar olunmuş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" qanuna əsasən, Baş Prokurorluğa göndərilməsi qərara alınıb.

Bölmədən olan bütün xəbərlər