Büdcə
128

“Baku Steel Company” və törəmə müəssisəsinin 1,3 milyon manat vergi borcu var

“Baku Steel Company” və törəmə müəssisəsinin 1,3 milyon manat vergi borcu var

Azərbaycanın ən iri polad istehsalçısı olan “Baku Steel Company” MMC-nin dövlət büdcəsinə 601 510,18 manat borcu var. 

“Renkinq” bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, bu şirkətlə yanaşı onun törəmə müəssisəsi - “Baku Steel Construction” MMC-nin də 676 276,08 manat vergi borcu var. 

Beləliklə, iki şirkətin ümumi borcu 1 277 786,26 manat təşkil edir. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər