Sığorta
149

"Rəvan Sığorta"nın 21 min manata yaxın vergi borcu var

Azərbaycanda fəaliyyət göstərən 21 sığorta şirkətindən 1-i dövlət büdcəsinə borcludur. 

Bu barədə “Renkinq" İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir. 

Məlumata görə, söhbət "Rəvan Sığorta” ASC-dən gedir. Şirkətin vergi borcu 20 645,37 manat təşkil edir.

Qeyd edək ki, "Rəvan Sığorta" Azərbaycan Mərkəzi Bankı(AMB) məcmu kapitalı müəyyən edilmiş tələbdən az olduğu üçün nəzarətə götürdüyü 2 sığorta şirkətindən biridir. Şirkətə kapitalını artırmaq üçün 1 ay vaxt verilib. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər