İnvestisiya
141

İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir

İpoteka və Kredit Zəmanət Fondu investisiya şirkəti seçir

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) qiymətli kağızların öhdəlik götürmədən yerləşdirilməsi və anderraytinqi (1), eləcə də qiymətli kağızlarla aparılan əməliyyatlarla bağlı müştəri sifarişlərinin qəbul və icra edilməsi (2) üçün açıq tenderlər elan edib.

“Renkinq” xəbər verir ki, tenderlərdə iştirak haqqı müvafiq olaraq 150 manat və 100 manatdır.

İddiaçılar hər iki tender üzrə ilkin sənədləri iyunun 25-nə qədər, tender təklifi və onun dəyərinin 1%-i qədər bank təminatını isə iyulun 6-na qədər vahid dövlət satınalmaları portalına (etender.gov.az) təqdim edə bilərlər. Əlaqələndirici şəxs Fondun Hüquq departamentinin əməkdaşı Nuray Rəşidlidir. Telefon: (012) 441-24-23 (daxili 203).

I tenderin nəticəsi iyulun 7-si saat 10:00-da, II tenderin nəticəsi isə eyni tarixdə saat 11:00-da portalda açıqlanacaq. İşin icra müddəti I tender üzrə 18 ay, II tender üzrə isə 1 ildir. 

Bölmədən olan bütün xəbərlər