İnvestisiya
123

“Bakı Fond Birjası”nın xalis mənfəəti 20% azalıb

“Bakı Fond Birjası”nın xalis mənfəəti 20% azalıb

“Bakı Fond Birjası” QSC (BFB) 2019-cu ili 3,023 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 20% azdır.

Ötən il BFB-nin əməliyyat gəlirləri 4,652 milyon manat (əvvəlki ilə nisbətən 18,3% az), əməliyyat xərcləri 1,267 milyon manat (2,5% az), faiz gəlirləri 403 min manat (təxminən 23% çox), mənfəət vergisi ödəmələri isə 765 min manat (18,4% az) təşkil edib.

Bu il yanvarın 1-nə BFB-nin aktivləri 11,84 milyon manat olub ki, bu da illik müqayisədə 41,6% çoxdur. Hesabat dövründə Birjanın öhdəlikləri 82,7% artaraq 1,001 milyon manata, balans kapitalı isə 38,7% artaraq 10,839 milyon manata çatıb. 

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər