Sığorta
150

Azərbaycanda 16 sığorta şirkətinin ödənişləri artıb

Azərbaycanda 16 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-aprel aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 16-nın ödənişləri illik müqayisədə artıb, 5-nin ödənişləri azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar-aprel aylarında bazarda olmadığı üçün onun ödənişlərində dinamika qeydə alınmayıb.

"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, ödənişləri ən çox artan şirkət "İpək Yolu Sığorta" ASC-dir. Bu şirkət 4 ayda 1,953 milyon  manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 37,1 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Günay Sığorta" ASC-dır. Bu şirkətin ödənişləri 775 min manat təşkil edib ki, bu da illik müqayisədə 10,9% çoxdur.

Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Azərbaycan Sənaye Sığorta" ASC-dədir. Bu şirkət 4 ay ərzində 550 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 2,5% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə "Naxçıvan Sığorta" ASC-dədir. Bu şirkətin ödənişləri 100% azalıb.  

Bölmədən olan bütün xəbərlər