Sığorta
145

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Azərbaycanda 6 sığorta şirkətinin yığımları azalıb

Bu ilin yanvar-aprel aylarının yekununa görə, Azərbaycandakı 22 sığorta şirkətindən 15-nin yığımları illik müqayisədə artıb, 6-nın yığımları azalıb, 1 şirkət ("Xalq Həyat Sığorta" ASC) ötən ilin yanvar-aprel aylarında bazarda olmadığı üçün onun yığımlarında dinamika qeydə alınmayıb.

"Renkinq" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.

Hesabata əsasən, son 1 ildə yığımları ən çox artan şirkət "Amrah Sığorta" ASC-dir. Bu şirkət 4 ayda 761 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 5,5 dəfə çoxdur. Yığımları ən az artan şirkət isə “Qala Həyat Sığorta” ASC-dir. Bu şirkətin daxilolmaları 3,732 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 3,6% çoxdur.

Yığımları azalan şirkətlər arasında ən pis vəziyyət "AXA MBASK" Sığorta Şirkəti ASC-dədir. Bu şirkət 4 ay ərzində 5 min manat sığorta haqqı toplayıb ki, bu da 1 il əvvələ nisbətən 99,5% azdır. Daxilolmalarda azalma baxımından ən yaxşı vəziyyət isə “Xalq Sığorta” ASC-dədir. Bu şirkətin yığımları 7,6% azalaraq 8,658 milyon manata düşüb. 

Bölmədən olan bütün xəbərlər