Sığorta
144

Azərbaycanda sığorta ödənişlərinin 77%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta ödənişlərinin 77%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda həyata keçirilmiş 105,565 milyon manat sığorta ödənişinin 81,088 milyon manatı və yaxud 76,8%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (37,518 milyon manat), "PAŞA Sığorta" (20,955 milyon manat), "Atəşgah Həyat Sığorta" (11,043 milyon manat), “Atəşgah Sığorta” (5,353 milyon manat) və "Xalq Sığorta" (6,219 milyon manat) ASC-lərdir.

4 ay ərzində ən az sığorta ödənişi həyata keçirmiş sığorta şirkətləri isə "Xalq Həyat Sığorta" (0 manat), "Naxçıvan Sığorta" (0 manat), "Bakı Sığorta" (68 min manat) və  "Rəvan Sığorta" (161 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 329 min manat sığorta ödənişi həyata keçirib ki, bu da ümumi ödənişlərin 0,3%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi ödənişləri isə 24,148 milyon manat (22,9%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər