Sığorta
150

Azərbaycanda sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür

Azərbaycanda sığorta haqlarının 74%-i 5 şirkətin payına düşür

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda toplanılmış 331,337 milyon manat sığorta haqqının 244,303 milyon manatı və yaxud 73,7%-i 5 sığorta şirkətinin payına düşüb.

"Renkinq" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, həmin şirkətlər "PAŞA Həyat Sığorta" (95,75 milyon manat), "PAŞA Sığorta" (83,397 milyon manat) ASC-lər, Dövlət Sığorta Kommersiya Şirkəti ("Azərsığorta", 37,18 milyon manat), eləcə də “Atəşgah Həyat Sığorta” (15,539 milyon manat) və "Qala Sığorta" (12,437 milyon manat) ASC-lərdir.

4 ay ərzində ən az sığorta haqqı toplamış sığorta şirkətləri isə "AXA MBask" (5 min manat), "Naxçıvan Sığorta" (336 min manat), "Bakı Sığorta” (448 min manat) və “Xalq Həyat Sığorta” (672 min manat) ASC-lərdir. Adları çəkilən şirkətlər ümumilikdə 1,461 milyon manat sığorta haqqı toplayıb ki, bu da ümumi yığımların 0,5%-i deməkdir.

Qalan 13 sığorta şirkətinin ümumi yığımları isə 85,573 milyon manat (25,8%) təşkil edib.

Bölmədən olan bütün xəbərlər