Bankçılıq
178

Azərbaycanda 5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Azərbaycanda 5 bankın aktivləri 1 milyard manatdan çoxdur

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 5-nin bu il aprelin 1-nə aktivləri 1 milyard manatdan çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Azərbaycan Beynəlxalq Bankı" (8 880,952 milyon manat), "PAŞA Bank" (4 759,677 milyon manat), "Kapital Bank" (4 412,658 milyon manat), "Xalq Bank" (2 282,872 milyon manat) və "Bank Respublika"dır (1 344,75 milyon manat).

Qalan 23 bankdan 21-nin aktivləri 100 milyon manatdan 1 milyard manata qədər, 2 bankın aktivləri isə 100 milyon manatdan azdır.

Bölmədən olan bütün xəbərlər