Bankçılıq
246

"Bank VTB Azərbaycan" MHBS üzrə 2019-cu ildə 7,2 milyon manat xalis mənfəət əldə edib

"Bank VTB Azərbaycan" ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına (MHBS) əsasən 2019-cu ilin maliyyə nəticələrini elan edib. "Ernst&Young" müstəqil beynəlxalq şirkətin təsdiqlədiyi audit rəyinə əsasən, 2019-cu ildə Bank bütün əsas göstəricilər üzrə artım nümayiş etdirərək, 7,2 milyon manat xalis mənfəət əldə edib.

"Bank VTB Azərbaycan"ın xalis faiz gəliri 46% artımla 9,6 milyon manat, xalis qeyri-faiz gəliri isə 15 milyon manat olub. O cümlədən Bankın xalis komissiya gəliri 80% artım nümayiş etdirərək 1,5 milyon manat təşkil edib. Komissiya gəlirlərinin əhəmiyyətli artımına hesablaşma-kassa xidmətləri, plastik kartlar üzrə aparılan əməliyyatlar, eləcə də sənədli əməliyyatlar hesabına nail olunub.

Hesabat dövrü ərzində "Bank VTB Azərbaycan"ın aktivləri 15% artaraq 183 milyon manatı keçib. Bankım depozit portfeli təxminən 4% artıb və 70,7 milyon manata çatıb. Depozit portfelində fiziki və hüquqi şəxslərin vəsaitləri təxminən bərabər bölünüb. Hüquqi şəxslərin depozitləri 12% artıb.

2019-cu ilin sonuna Bankın sağlam kredit portfeli 20% artıb və 90,6 milyon manat təşkil edib.

“İl ərzində bank biznesin bütün istiqamətləri üzrə yüksək artım tempi göstərib. Dinamik inkişafa yeni rəqəmsal xidmətlərin tətbiqi də səbəb olub. Bu il pərakəndə və korporativ biznesin prioritet istiqamətlərində mövqeləri gücləndirərək, biz texnoloji transformasiyaya fokuslanmağa davam edirik. Rəqəmsal kanallara olan tələbat artır və biz qabaqlayıcı templərləzamanın tələblərinə cavab verməyə çalışırıq”, - deyə "Bank VTB Azərbaycan"ın İdarə Heyətinin sədri Yevgeni Kirin bildirib.

Bölmədən olan bütün xəbərlər