Bankçılıq
205

“Bank Respublika” özünüməşğulluq proqramına dəstək olmağa davam edir

“Bank Respublika” özünüməşğulluq proqramına dəstək olmağa davam edir

Ölkəmizdə sahibkarlığın inkişafına hər zaman dəstək olan “Bank Respublika” ASC həssas əhali qruplarının özünüməşğulluğunun təşkili istiqamətində növbəti addımını atıb.

Bank, 28 may – Respublika Günü ərəfəsində, Quba, Lənkəran, Bərdə və Zaqatala rayonlarında daha öncə müqavilələr bağlanılan həssas əhali qruplarına özünüməşğulluq fəaliyyətinin dəstəklənməsi üçün əvəzsiz olaraq müxtəlif avadanlıqlar təqdim edib.

Bununla da Bank, respublikamızın müxtəlif regionlarında sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə dəstək istiqamətində gördüyü işlərə davam edib.

Qeyd edək ki, bu tədbirlər, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Mərkəzi Bankı və “Azərbaycan Banklar Assosiasiyası” İctimai Birliyi arasında həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair Memorandum çərçivəsində həyata keçirilir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər