Qeyri-bankçılıq
184

“İdeal Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb

“İdeal Kredit” BOKT-un xalis mənfəəti 2 dəfə artıb

“İdeal Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 282 min manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,3 dəfə çoxdur.

Ötən il “İdeal Kredit”in vergiyəqədərki mənfəəti 352 min manat (2,3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 70 min manat (2,1 dəfə çox) təşkil edib.

Bu il yanvarın 1-nə “İdeal Kredit”in aktivləri 4,592 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,7% çoxdur. Bunun 4,102 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 29,1% böyüyüb.

Hesabat dövründə “İdeal Kredit”in öhdəlikləri 19,9% artaraq 3,223 milyon manata, balans kapitalı isə 25,9% artaraq 1,369 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər