Qeyri-bankçılıq
355

“FİNKA Azərbaycan” BOKT-un xalis mənfəəti kəskin artıb

“FİNKA Azərbaycan” BOKT-un xalis mənfəəti kəskin artıb

“FİNKA Azərbaycan” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 11,08 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 78,5 dəfə çoxdur.

Ötən il “FİNKA Azərbaycan”ın vergiyəqədərki mənfəəti 11,206 milyon manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 126 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “FİNKA Azərbaycan”ın aktivləri 27,137 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 3,25 dəfə çoxdur. Bunun 12,164 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 3,2 dəfə böyüyüb.

Hesabat dövründə “FİNKA Azərbaycan”ın öhdəlikləri 11,5 dəfə artaraq 8,447 milyon manata, balans kapitalı isə 2,5 dəfə artaraq 18,69 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər