Büdcə
114

"İçərişəhər" auditor seçir

Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-Mədəni Mərkəzi audit xidmətlərinin satın alınması üçün açıq tender elan edib.

“Renkinq” xəbər verir ki, tenderdə iştirak haqqı 150 manatdır.

İddiaçılar tələb olunan sənədləri iyunun 18-nə qədər, tender təklifini isə iyunun 29-na qədər idarənin Bakı şəhəri, Səbail rayonu, İçərişəhər, Böyük Qala küçəsi, 41 ünvanında yerləşən inzibati binasına təqdim edə bilərlər.

Təkliflərə iyunun 30-da, saat 11:00-da qeyd olunan ünvanda baxılacaq.

Bölmədən olan bütün xəbərlər