Bankçılıq
221

Azərbaycan bankları bu ilin I rübündə 2,2 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Azərbaycan bankları bu ilin I rübündə 2,2 milyard dollarlıq nağd xarici valyuta alıb-satıb

Bu ilin I rübündə də Azərbaycan manatının xarici valyutalara nəzərən məzənnəsi valyuta bazarında tələb-təklif nisbətinə uyğun olaraq formalaşıb. 

“Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul siyasəti icmalı”nda bildirilir.

Sənəddə həmçinin deyilir ki, xarici mühitdə baş verən proseslərin dolayı təsirləri ilə bağlı valyuta bazarında mart ayında tələb artsa da sonrakı aylarda sabitləşmə baş verib. 

Hesabat dövründə də valyuta bazarında əməliyyatların dəyərinin artması müşahidə edilib. 

Rüb ərzində nağdsız valyuta bazarında aparılmış əməliyyatların dəyəri ötən ilin eyni dövrünə nisbətən 26,1% artaraq 7,7 milyard ABŞ dolları ekvivalentində olub. Nağdsız valyuta əməliyyatlarının 87,7%-i dollarda, 12,3%-i isə digər valyutalarda aparılıb. Valyuta əməliyyatlarının 43,1%-i banklararası valyuta bazarında (BVB), 56,9%-i isə bankdaxili valyuta bazarında (BDVB) reallaşdırılıb. 

Rüb ərzində BVB-də əməliyyatların 99%-i dollarda, 0,8%-i avroda, 0,2%-i isə digər valyutalarda aparılıb. BVB-də valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşıb. BDVB-də valyuta əməliyyatlarının həcmi 4,4 milyard dollar ekvivalentində olub ki, bunun da 79,2%-ni dollarla əməliyyatlar təşkil edib. BDVB-də valyuta əməliyyatlarının 91,6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatlarının payına düşüb.

Hesabat dövründə bankların nağd xarici valyutanın alqı-satqısı üzrə apardığı əməliyyatların dəyəri ötən ilin eyni dövrünə nisbətən 60,8% artaraq 2,2 milyard dollar ekvivalentində olub. Bunun 2 milyard dollarını və yaxud 89,7%-ni dollarla aparılan əməliyyatlar təşkil edib. 

Bölmədən olan bütün xəbərlər