Qeyri-bankçılıq
66

“Embafinans” BOKT-un xalis mənfəəti 78% artıb

“Embafinans” BOKT-un xalis mənfəəti 78% artıb

“Embafinans” QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 3,252 milyon manat xalis mənfəətlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 78% çoxdur.

Ötən il “Embafinans”ın vergiyəqədərki mənfəəti 4,149 milyon manat (əvvəlki ilə nisbətən 80,2% çox), mənfəət vergisi ödəmələri isə 897 min manat (88,85% çox) təşkil edib.

Bu il yanvarın 1-nə “Embafinans”ın aktivləri 42,083 milyon manat olub ki, bu da illik müqayisədə 42% çoxdur. Bunun 34,989 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 49,3% böyüyüb.

Hesabat dövründə “Embafinans”ın öhdəlikləri 69,1% artaraq 26,15 milyon manata, balans kapitalı isə 12,35% artaraq 15,933 milyon manata çatıb.

Bölmədən olan bütün xəbərlər