Bankçılıq
105

Azərbaycanda 2 bankın mənfəət vergisi ödəmələri artıb

Azərbaycanda 2 bankın mənfəət vergisi ödəmələri artıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 8-i bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəyib ki, bunlardan da 2-də sözügedən göstərici ötən ilin eyni dövrü ilə müqayisədə çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Kapital Bank" və "Xalq Bank"dır.

Qalan 6 bankdan 2-nin - "Azərbaycan Sənaye Bankı" və "Yapı Kredi Bank Azərbaycan"ın isə mənfəət vergisi ödəmələri azalıb, 3 bank - "PAŞA Bank", "Bank of Baku" və "Express Bank"  bu ilin I rübündə mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə ödəməyib, 1 bank - İran Milli Bankının Bakı filial isə bu ilin yanvar-mart aylarında mənfəət vergisi ödəsə də, ötən ilin eyni dövründə qənəat edib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bu ilin I rübündə mənfəət vergisi ödəməmiş 20 bank isə həm də ötən ilin eyni dövründə mənfəət vergisi ödəməyib. Odur ki, həmin bankların da vergi ödəmələrinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər