Bankçılıq
83

“Bank Respublika” və BMK aqrar sahədə əməkdaşlığını gücləndirir

“Bank Respublika” və BMK aqrar sahədə əməkdaşlığını gücləndirir

Ölkəmizdə kənd təsərrüfatının inkişafına böyük dəstək verən “Bank Respublika” ASC aqrar sektorda fəaliyyət göstərən sahibkarların kredit məhsullarından istifadə imkanlarının artırılması və kreditlərin verilməsi prosesinin daha da sürətləndərilməsi məqsədilə Beynəlxalq Maliyyə Korporasiyası (BMK) ilə yeni saziş imzalayıb. Saziş çərçivəsində, Bank kənd təsərrüfatının kreditləşdirilməsi istiqamətində imkanlarını artıracaq yeni “CLARA” risklərin idarə edilməsi sistemini tətbiq edəcək.

Yeni saziş üzrə əməkdaşlıq əlaqələrinin genişləndiliməsini BMK ilə bir çox layihələrin uğurlu nəticələrinin göstəricisidir. İmzalanmış saziş çərçivəsində tətbiq olunacaq yeni sistem Bankın strateji kursuna müvafiq olaraq Azərbaycanın bütün regionlarında sahibkarlığın inkişafına istiqamətləndiriləcək.

Əməkdaşlıq çərçivəsində kənd təsərrüfatının müxtəlif sahələrində çalışan şəxslər,  “Bank Respublika”nın ölkəmizin bütün bölgələrini əhatə edən filiallarına müraciət edərək daha asan və sürətli şəkildə kredit əldə edə biləcəklər.

Respublikanın əksər regionlarında filiallara malik olan Bank, özünün strategiyasına müvafiq olaraq əhaliyə, mikro, kiçik və orta sahibkarlığa dəstək göstərən layihələr həyata keçirməklə qeyri-neft sektorunun sənaye, kənd təsərrüfatı, tikinti, ticarət və xidmət kimi sahələrinin inkişafında öz töhfəsini verməkdədir.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər