Bankçılıq
145

“Azərbaycan Kredit Bürosu” tərəfdaşlarının sayını artırıb

“Azərbaycan Kredit Bürosu” tərəfdaşlarının sayını artırıb

“Azərbaycan Kredit Bürosu” MMC (AKB) daha 2 nisyə mal satışı ilə məşğul olan hüquqi şəxslə (mağaza) tərəfdaş olub.

“Renkinq” xəbər verir ki, bunlar “Afn Trade” və “Vorld Telekom” MMC-lərdir.

Bununla da AKB-nin tərəfdaşlarının sayı 132-dən 134-ə çatıb. İndiyə qədər Büronun tərəfdaş siyahısında Azərbaycan Mərkəzi Bankı, İpoteka və Kredit Zəmanət Fondu, 44 bank (18-i ləğvetmədədir), 49 bank olmayan kredit təşkilatı (5-i ləğvetmədədir), 2 kredit ittifaqı, 3 lizinq şirkəti, 22 sığorta şirkəti, 3 mobil rabitə operatoru, 3 kommunal xidmət operatoru və 4 mağaza olub.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər