Qeyri-bankçılıq
97

“Kredex” BOKT-un zərəri 5% artıb

“Kredex” BOKT-un zərəri 5% artıb

“Kredex” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 35 min manat zərərlə başa vurub.

“Renkinq” BOKT-un maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə təxminən 5% çoxdur.

Bu il yanvarın 1-nə “Kredex”in aktivləri 837 min manat olub ki, bu da 1 il əvvələ nisbətən təxminən 71,5% çoxdur. Bunun 759 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 71,3% böyüyüb.

Hesabat dövründə “Kredex”in öhdəlikləri 97% artaraq 780 min manata çatıb, balans kapitalı isə 38% azalaraq 57 min manata düşüb.  

Bölmədən olan bütün xəbərlər