Sığorta
124

“Qala Həyat Sığorta”nın Direktorlar Şurasının sədri şirkətdən pay alıb

“Qala Həyat Sığorta”nın Direktorlar Şurasının sədri şirkətdən pay alıb

“Qala Həyat Sığorta” ASC-nin Direktorlar Şurasının sədri Kamal İbrahimov şirkətdən pay alıb.

“Renkinq” xəbər verir ki, o, bunun üçün indiyə qədər “Qala Həyat Sığorta”ın səhmlərinin 8,9%-nə nəzarət edən “Quna” MMC-nin payına tam şəkildə, digər və əsas səhmdar “AzRe Təkrarsığorta” ASC-nin payına isə qismən (1,1%) sahib olub.

Beləliklə, hazırda K.İbrahimovun şirkətdəki payı 10%, “AzRe Təkrarsığorta”nın payı isə 90%-dir (hər birinin nominal dəyəri 2 860 manat olan 456 ədəd və 4 104 ədəd səhm).

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər