Bankçılıq
170

Azərbaycanda 8 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

Azərbaycanda 8 bankın xüsusi ehtiyatlara ayırmaları azalıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 7-nin bu ilin I rübündəki xüsusi ehtiyatlara ayırmaları ötən ilin eyni dövrünə nisbətən çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Rabitəbank", "PAŞA Bank", "Naxçıvan Bank", "Günay Bank", "Xalq Bank", "Zıraat Bank Azərbaycan" və "Bank Respublika"dır.

Ən yüksək dinamika "Rabitəbank"da (222,9 dəfə), ən aşağı dinamika isə "Bank Respublika"da (21,3%) qeydə alınıb.

8 bankın - "Yelo Bank", "Bank Avrasiya", "NBC Bank", "AFB Bank", "Bank BTB", "Muğan Bank", İran Milli Bankının Bakı filialının və "Bank of Baku"nun isə xüsusi ehtiyatlara ayırmaları illik müqayisədə az olub. Ən çox azalma "Bank of Baku"da (99,3%), ən az azalma isə "Yelo Bank"da (7%) qeydə alınıb.

4 bankın - "Premium Bank", Pakistan Milli Bankının Bakı filialı, "AGBank" və "Bank VTB Azərbaycan"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti artıb. Bu baxından ən yüksək dinamika "Premium Bank"da (12,2 dəfə), ən aşağı dinamika isə "Bank VTB Azərbaycan"da (27,6%) qeydə alınıb.

1 bankın - "Turan Bank"ın isə xüsusi ehtiyatlara ayırmalar üzrə qənaəti azalıb - 90,8%.

6 bank - "Access Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank", "Express Bank" "Kapital Bank" və "Unibank" bu ilin yanvar-mart aylarında xüsusi ehtiyatlar üzrə vəsait ayırıb, ötən ilin eyni dövründə qənaət edib, 2 bank - "Azərbaycan Beynəlxalq Bankı" və "Yapı Kredi Bank Azərbaycan" isə bu ilin I rübündə xüsusi ehtiyatlar üzrə qənaət edib, ötən ilin eyni dövründə isə vəsait ayırıb. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər