Bankçılıq
116

Azərbaycanda 11 xüsusi ehtiyatlara vəsait ayırmayıb

Azərbaycanda 11 xüsusi ehtiyatlara vəsait ayırmayıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 11-i bu ilin I rübündə xüsusi ehtiyatlara vəsait ayırmayıb.

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "Turan Bank", "Azər-Türk Bank", "AGBank", "Azərbaycan Sənaye Bankı", "Access Bank", "Unibank", "Express Bank", "Premium Bank", "Bank VTB Azərbaycan" və "Kapital Bank"dır.

Başqa sözlə, bu banklar xüsusi ehtiyatlar üzrə ayırmalara müxtəlif məbləğlərdə qənaət ediblər. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (10,573 milyon manat), ən aşağı göstərici isə Pakistan bankında (3 min manat) qeydə alınıb.

Qalan 17 bank isə müxtəlif məbləğlərdə ehtiyatlar yaradıb. Bu baxından ən yüksək göstərici "Azərbaycan Beynəlxalq Bankı"nda (24,58 milyon manat), ən aşağı göstərici isə "Bank of Baku"da (81 min manat) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər