Qeyri-bankçılıq
165

“International” BOKT ötən ili mənfəətlə başa vurub

“International” BOKT ötən ili mənfəətlə başa vurub

“International" QSC bank olmayan kredit təşkilatı (BOKT) 2019-cu ili 14 min manat xalis mənfəətlə başa vurub. Halbuki, BOKT 2018-ci ildən 14 min manat xalis zərərlə çıxmışdı.

“Renkinq” xəbər verir ki, ötən il “International”ın vergiyəqədərki mənfəəti 25 min manat (əvvəlki il zərər olub), mənfəət vergisi ödəmələri isə 11 min manat (əvvəlki il qənaət edib) təşkil edib.

Bu il yanvarın 1-nə “International"ın aktivləri 10,544 milyon manat olub ki, bu da illik müqayisədə 22,5% çoxdur. Bunun 9,354 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2019-cu ildə BOKT-un kredit portfeli 34,4% böyüyüb.

Hesabat dövründə “International"ın öhdəlikləri 24,5% artaraq 9,772 milyon manata, balans kapitalı isə 1,85% artaraq 772 min manata çatıb.

Bölmədən olan bütün xəbərlər