Bankçılıq
185

Azərbaycanda 12 bankın əməliyyat mənfəəti azalıb

Azərbaycanda 12 bankın əməliyyat mənfəəti azalıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 9-nun bu ilin I rübündəki əməliyyat mənfəəti ötən ilin eyni dövrünə nisbətən çox olub.

"Renkinq" xəbər verir ki, bunlar "Günay Bank", "Bank BTB", "Naxçıvan Bank", "Bank Respublika", "Express Bank", "Xalq Bank", "Rabitəbank", "Kapital Bank" və "AFB Bank"dır.

Ən yüksək dinamika "Günay Bank"da (3,5 dəfə), ən aşağı dinamika isə "AFB Bank"da (9,8%) qeydə alınıb.

12 bankın - "Zıraat Bank Azərbaycan", "Azərbaycan Beynəlxalq Bankı", "Bank Avrasiya", "Yapı Kredi Bank Azərbaycan", "Bank of Baku", İran Milli Bankının Bakı filialı, "Unibank", "PAŞA Bank", "Premium Bank", "Azərbaycan Sənaye Bankı", "Azər-Türk Bank" və "Access Bank"ın isə əməliyyat mənfəəti azalıb. Ən çox azalma "Access Bank"da (90,9%), ən az azalma isə "Zıraat Bank Azərbaycan"da (2,6%) qeydə alınıb.

3 bankın - "AGBank", "Bank VTB Azərbaycan" və Pakistan Milli Bankının Bakı filialının isə əməliyyat zərəri artıb - müvafiq olaraq 83,4%, 50,4% və 15,1%.

1 bankın - "NBC Bank"ın isə əməliyyat zərəri azalıb - 41,7%.

2 bank - "Muğan Bank" və "Yelo Bank" bu ilin yanvar-mart aylarında əməliyyat zərərinə uğrayıb, ötən ilin eyni dövründə əməliyyat mənfəəti əldə edib, 1 bank - "Turan Bank" isə bu ilin I rübündən əməliyyat mənfəəti ilə çıxıb, ötən ilin eyni dövründə əməliyyat zərəri ilə üzləşib. Odur ki, bu bankların maliyyə göstəricilərinin dinamikasını hesablamaq mümkün olmayıb.

Bölmədən olan bütün xəbərlər