Bankçılıq
179

Azərbaycanda 6 bank əməliyyat zərərinə uğrayıb

Azərbaycanda 6 bank əməliyyat zərərinə uğrayıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 6-sı bu ilin I rübündə əməliyyat mənfəəti əldə etməyib.

"Renkinq" xəbər verir ki, bunlar Pakistan Milli Bankının Bakı filialı, "NBC Bank", "Yelo Bank", "Muğan Bank", "AGBank" və "Bank VTB Azərbaycan"dır.

Əməliyyat zərərinin ən yüksək həddi "Bank VTB Azərbaycan"da (3,341 milyon manat), ən aşağı həddi isə Pakistan bankında (137 min manat) qeydə alınıb.

Qalan 22 bank isə müxtəlif məbləğlərdə əməliyyat mənfəəti əldə edib. Bu baxımdan ən yüksək göstərici "Kapital Bank"da (83,331 milyon manat), ən aşağı göstərici isə "Azər-Türk Bank"da (213 min manat) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər