Bankçılıq
150

Azərbaycanda 22 bankın qeyri-faiz xərcləri artıb

Azərbaycanda 22 bankın qeyri-faiz xərcləri artıb

Mayın 12-nə qədər Azərbaycanda fəaliyyət göstərən 28 bankdan 6-nın bu ilin I rübündəki qeyri-faiz xərcləri ötən ilin eyni dövrünə nisbətən az olub.

"Renkinq" xəbər verir ki, bunlar "Express Bank", "Yapı Kredi Bank Azərbaycan", Pakistan Milli Bankının Bakı filialı, "AFB Bank", "Premium Bank" və "AGBank"dır.

Ən çox azalma "AGBank"da (20,1%), ən az azalma isə "Express Bank"da (1,1%) qeydə alınıb.

Qalan 22 bankın isə qeyri-faiz xərcləri artıb. Ən yüksək dinamika "PAŞA Bank"da (2,5 dəfə), ən aşağı dinamika isə "Xalq Bank"da (0,7%) qeydə alınıb.

Bölmədən olan bütün xəbərlər